PUTİNİN TƏLƏSİ İFŞA OLDU, YOXSA...? - Hər şey uydurma imiş? + FOTOLAR

Rusiya-Ukrayna sərhədində vəziyyətin nisbətən sabitləşməsindən sonra rus mənbələri diqqətçəkən görüntülər yayımlayıb.

Metbuat.az xəbər verir ki, Rusiya qərbə mesaj vermək üçün ölkə miqyasında keçirdiyi təlimlərdə heç də həmişə zirheli texnikalardan istifadə etməyib. Sən demə, ordu bəzən kamuflyaj hərbi texnikalardan da istifadə edib.

Kamuflyaj hərbi texnikalar düşməni əsas hədəfdən yayındırır, texnikaların sayı barədə yalnış fikirlər formalaşmasını təmin edir. Bildirilir ki, Rusiya ordusunda bu işi 45-ci mühəndis-kamuflyaj alayı həyata keçirir. Ukrayna ilə gərginliyin pik vaxtlarında Rusiya ordusu müxtəlif bölgələrdəki meşəlik ərazilərdə “saxta hərbi düşərgə” təəssüratı yaratdığı iddia olunur. 

Ancaq o da mümkündür ki, dünya ictimaiyyətinin ittihamlarından qaçmaq üçün yalandan kamuflyaj hərbi texnikalardan stifadə edildiyi xəbəri buraxılıb. 

"AzPolitika.info"





635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar