Menu

"Formula 1" daha 4 il Yaponiyada keçiriləcək

23.04.2021, 21:38
"Formula 1" daha 4 il Yaponiyada keçiriləcək

"Formula 1" üzrə dünya çempionatının mərhələ yarışlarından biri 2024-cü ilədək Yaponiyada keçiriləcək.

"Report" xəbər verir ki, Suzuka Qran-prisinin təşkilatçıları yarışın rəhbərliyi ilə müqavilənin müddətini uzadıb.

2021 mövsümündə bu ölkədəki yarış 8 - 10 oktyabrda gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol