Türkiyənin «Roketsan» müdafiə şirkəti aprelin 22-də bir videorolik dərc edib. Rolikdən görünür ki, Türkiyədə hazırlanmış ağır kəşfiyyat-zərbə pilotsuz «AKINCI» uçağı Rusiyanın «Pansir-S1» zenit-raket atış kompleksini (ZRAK) xatırladan hədəfi məhv edir.
«Roketsan» tərəfindən sosial şəbəkədə yerləşdirilmiş videoda MAM-T “ağıllı bomba”sı ilə təhiz edilmiş Türkiyə dronu Rusiya ZRAK-i xatırladan hədəfi səhra şəraitində vurur.
Bundan əvvəl Rusiya televiziyasının «Həftənin xəbəri» proqramında göstərilən videorolikdən görünürdü ki, Rusiyanın «Lanset» pilotsuz uçağı Türkiyənin «Bayraktar TB2» dronuna oxşar hədəfi məhv edir.
Xatırladaq ki, ötən il Türkiyə KİV-i özlərinin «Bayraktar»larını tərifləyərək, onları «Pansir-S1» üçün əlçatmaz adlandırmışdı. Bu ZRAK Suriyada Bəşər Əsəd qüvvələri tərəfindən geniş istifadə olunur. Son üç ildə Liviyaya da bir neçə «Pansir» gətirilib. Oların ilki şimali Afrika ölkəsində 2018-ci ilin iyununda qeydə alınıb. Birləşmiş Ərəb Əmirliklərinə tədarük olunan ZRAK modeli səkkiz təkərli Man-SX-15 Almaniya istehsallı yük maşınında quraşdırılıb.
Bu yaxınlarda dayanmış Qarabağ müharibəsində bu dronları «əlçatmaz» olaraq, təqdim etmək üçün Ankaranın yeni əsasları meydana gəldi.
Bir müddət əvvəl isə Kiyev bir neçə türk «Bayraktar»ı alıb və onlardan Donbasda istifadə edilə biləcəyini gizlətmir.
AzPolitika.info


Şərhlər