Menu

"Co Baydenin bəyanatı təəssüf doğurur" - Azərbaycan XİN

24.04.2021, 21:01
"Co Baydenin bəyanatı təəssüf doğurur" - Azərbaycan XİN

ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməmişdir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.

Şərhlər

Azər 2021-04-25 00:30:27

Turan Bəyin , sözünə qüvvət- bu müqəvva hansı ölkənin prezidenti olduğunu dəqiq bilmir... Xəstə , ahıl adamdır... Donquldanır özü üçün...

Xalq 2021-04-24 22:44:27

bu qoca bayquş çaşıb!

turan 2021-04-24 21:09:16

Huşsuz adamın sözündən təəssüflənmək lazım deyil. O öz adını yadından çıxardır. O hələ bilmir ki prezident odur yoxsa Harris.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol