Menu

“ABŞ ən kirli keçmişi olan ölkədir” - Mustafa Şəntop

24.04.2021, 23:05
“ABŞ ən kirli keçmişi olan ölkədir” - Mustafa Şəntop

“Baydenin 1915-ci il hadisələrilə bağlı bəyanatının heç bir hüquqi və tarixi əsası yoxdur, amma bu, Türkiyə-ABŞ münasibətlərini zəhərləyəcək xarakterdədir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop özünün “twıtter” səhifəsində bunu yazıb.

TBMM sədri bildirib ki, siyasi hesablamaların məhsulu olan bu bəyanat da 1981-ci ildə Ronald Reyqanın səsləndirdiyi oxşar ifadə kimi Türkiyəyə heç bir zərər toxundurmayacaq.

“ABŞ ən kirli keçmişi olan ölkədir”, deyə M.Şəntop qeyd edib.

Şərhlər

Xalq 2021-04-24 23:50:08

Qardaş olaraq Türk Xalqının yanındayıq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol