“ABŞ administrasiyası erməni lobbisinin oyuncağı olmaqla, tarixi xətaya yol verdi”.
APA-nın yerli bürosuna Türkiyənin Azərbaycandakı keçmiş səfiri, diplomat Hulusi Kılıç ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırımı olaraq dəyərləndirməsinə mövqe bildirərkən bunu deyib.
Diplomatın fikrincə, siyasətçilərin tarixçilərin yerini tutması xəyanətdir: “Bu qərarın heç bir hüquqi əsası yoxdur. Tarix siyasət alətinə çevrilə bilməz. Bu açıqlamanın hüquqi əsası yoxdur. Təəssüf. Bu bəyanat Türkiyə-Ermənistan münasibətlərinə zərər verəcək və bölgədəki vəziyyəti daha da gərginləşdirəcək”.
H.Kılıç bildirib ki, ABŞ NATO-dakı müttəfiqi Türkiyəyə qarşı bu münasibətlə 300 milyonluq türk dünyasına qarşı çıxıb: “ABŞ Adminstrasiyasının bu tarixi xətadan geri çəkilməsini gözləyirik”.
Diplomat ABŞ rəhbərliyinin əsassız bəyanatına qarşı Azərbaycan-Türkiyə həmrəyliyindən məmnunluğunu da bildirib.


Şərhlər
Yəqin namuslu erməni fahişələrı orasını-burasını masaj edirlər.qoca -əfəl adamdır.ömrünə az qalıb.Qoy gününü keçirsin.
bayden nə boyda səhv elədiyini anlamır. Məncə bu qocalıqdandır. Bu yaşında adamı prezident seçmək olardı? Onun yeri divanın üstü olmalı idi!
Azərbaycan xalqı hər zaman dost və qardaş Türkiyənin yanındadır! Yaşasın Azərbaycan Türkiyə dostluğu və qardaşlığı!!!