Menu

“ABŞ-ın bu addımı dağıdıcı fəsadlara gətirib çıxaracaq” - İsrailli ekspert

25.04.2021, 12:38
“ABŞ-ın bu addımı dağıdıcı fəsadlara gətirib çıxaracaq” - İsrailli ekspert

Qondarma “erməni soyqırımı”nın tanınması dağıdıcı fəsadlara malik olacaq.

Bunu Trend-ə israilli ekspert, vəkil Eli Naxt deyib.

Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın tanınması ədalət axtarışı demək deyil:

"Mənim fikrimcə, bu, Bayden administrasiyasının Suriya məsələsində, "Cənub axını" qaz kəməri layihəsində, S-400 zenit-raket komplekslərinin alınması məsələsində fikir ayrılıqlarına görə, prezident Ərdoğandan qisas almaq niyyətidir".

Ekspert bildirib ki, qondarma “erməni soyqırımı”nın tanınması ilk növbədə ABŞ-ın özü üçün qeyri-məhsuldar rəmzi addım olacaq:

"Bu addım dağıdıcı fəsadlara gətirib çıxaracaq və ABŞ-Türkiyə münasibətlərində destabilizasiyaya, eləcə də Azərbaycanla ABŞ arasında münasibətlərində çətinliklərə yol açacaq. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına da kömək etməyəcək"

E.Naxt əlavə edib ki, bu addımın əvəzində ABŞ heç bir siyasi dividend qazanmayacaq:

"Qərar qəbul edərkən prezidend Bayden emosiyalarını yox, öz ölkəsinin geosiyasi maraqlarını rəhbər tutmalıdır".

Şərhlər

Eko 2021-04-25 22:51:36

Ped..... asin biridi ! birazdan deyecek ki , ermeniler amerikani yaradib ))))) Bu adamnan ne istesez qôzlemek olar(((( Bash qedib axi ,,,,, bu yashda ,,,,

Veteran 2021-04-25 22:03:56

Bu qoca GEYİN başı doğrudan qaçıb.Bunun ətrafı hara baxır.

Niyaməddin 2021-04-25 17:45:53

Onlar tələ qurdular, Allah da tələ qurar. Allah tələ quranların ən yaxşısıdır. Əli İmran surəsi, 54-cü ayə

Xalq 2021-04-25 16:51:44

O boyda Amerikada prezident olası bir adam tapmadılar ki, bu qocalıqdan ağlını itirmiş birisini prezident "seçdilər"?

Eli 2021-04-25 15:05:00

Dünyanın mizan terezisi pozolub.Bele ollmasaydı şeytanın adamları Allahın adamlarına güc nümayiş etdirmeye cesaretleri çatmazdı.78 yaşında şeytana uyan dünyanın en güclu dövletinin başında duran adam şeytanlara uyıb bele addım atmazdı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol