ŞƏMKİRİN İCRA BAŞÇISI VƏ MÜAVİNİ SAXLANILDI - İcra hakimiyyətində əməliyyat keçirilib + FOTO (YENİLƏNİB)

Şəmkir Rayon İcra Hakimiyyətinin saxlanılan başçısı Alimpaşa Məmmədov Bakıya gətirilib. Məlumatı “Qafqazinfo” yayıb.

Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan A.Məmmədov hazırda DTX-nın inzibati binasında dindirilir

Hüquq-mühafizə orqanlarının əməkdaşları 09:30 radələrindən etibarən Şəmkir rayon İH-də olub. Bu müddət ərzində araşdırma aparılıb.

Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb.                                                           

***

Bu gün səhər saatlarında hüquq-mühafizə orqanları Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. 

Rayondakı mənbələrdən əldə etdiyimiz məlumata görə, icra başçısı Alimpaşa Məmmədov və icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb.

Xəbər yenilənəcək, bizi izləyin.

"AzPolitika.info"



635x100

Şərhlər

Oxucu 2021-05-02 21:34:11

Azərbaycanımızın dilbər guşəsi olan qədim Şəkinin vəziyyəti olduqca ağırdır... İcra Başçısı və onun müavinləri, Deputatı və Bələdiyyəsi hamısı o cündə....?

Cəmşid Dərələyəzli 2021-04-28 08:57:50

İnşallah növbə Pirallahının başçısı Vasif İmanova da çatar

Elovset 2021-04-27 19:40:23

Sekide bas verenlere rustem usubovun emisi oglu elxan usubovun emellerine niye goz yumulur? Onun 13 illik fealiyyeti tam arasdirilmalidir. Butun qohumlarinin adina yigdiqlari sorgu sual edilmelidir. Seki camati heleki susur. Elxan qeder Sekiye zerer veren talayan olmayib 5 ci klanin hiyleger uzvu derhal hebs edilmelidir. Tehlukesizlik orqanlari niye tedbir gormurler

Zahid 2021-04-27 15:52:18

Zərdab lütfəli adlı bir icra başçısı qoymuşdular 12 il bu kasıb rayonun insanlarının qanını zəli kimi sordu.PA- da da onun əməllərindən hamı xəbərdar idi və Lütvəliyə "Allahın bəlası"deyirdilər.Zərdabda hər kəs onun həbsini gözləyirdi.Amma onu çıxarsalar da indi əlini qolunu sallaya sallaya gəzir.Dedik bundan sonra bir normal icra qoyarlar.Qoydular Amma Lütvəlidən deş detərini--Mərdan Camalovun qoydular.Mərdan da hər gün Lütvəlinin ölənlərinə rəhmət, onu bu rayona göndərənlər isə lənət oxutdurmagı vəzifəsinin icrası hesab edir.Bu başçı seçəndə bunlar kayfda olur nədir? Şirvan şəhərində Mərdan eləmədiyi rəzalət olmadı.İndi nə ahıllar bunu Zərdabda göndərirlər? Bilin: Mərdan puldan ötrü dərisini bazarda satar nəinki öz rəhbərini...Mərdan gələndən bilərəkdən və qəsdən narkomanı, xaini vəzifəyə təyin edir....

Oxucu. 2021-04-27 12:55:38

İşdən çıxandada gərək Nizaminin icra başçısı kimi çıxasan,artıq bir ildir yerinə təyinat yoxdur,Tərəf sayıtın yazdığına görə rəsmi icra başçısı olmasada kənardan bu rayonu Arif Qasımov idarə edir.

Veteran 2021-04-26 21:48:01

Buda gədə də çox cinayətlər törədib.Burnundan zədən-zədəngətirəcəklər.Özünə Polad Aləmdar adı qoymuşdu. Ta bu qammaz başa düşmürdüki sən naxırçısan. polad Aləmdarın ayaqqabısının tozuda deyilsən.

Xalq 2021-04-26 20:53:11

hamısı bir bezin qırağıdır! Bunların yaxşısı yoxdur, hamısı oğrudur.

Niyaməddin 2021-04-26 20:31:37

Azərbaycan nə vaxtsa düzələcək, görəsən??? Bilmirəm kasıbçılığın dərdini çəkim, yoxsa haqqımızı yeyən bu şərəfsiz rüşvətxor məmurların dərdini? Allah bol-bol bəlanızı versin!!!

Hacı 2021-04-26 18:35:08

Zərdabın İHB Mərdan Camalova da əl gəzdirmək lazımdır.İlyarımdır Zərdabda təyin olunub .Onun 6 ayını babat işlədi.Sonra əvvəlki başçıdan 3-4 dəfə artıq rüşvət almağa başladı.Köməkçisi neqodnı Hacı Səmədin vasitəsi ilə.Məsələn: bir yerə işə götürmək lazım olanda "alternativ" adı ilə 4-5 adamı dəvət edirlər. Hamısına deyirlər ki, rüşvət qətiyyən yoxdur..Konkret kimi işə olacaqlarına qərar verəndən sonra həmin adamdan mümkün qədər ən yüksək məbləği Səmədin yaxınları vasitəsi ilə alırlar.İşə düzəlməyənlərə deyirlər ki, PA sizi uygun bilmədi.Onlarfa inanır və hamıya deyirlər ki rüşvət almırlar.Bu yeni rüşvət metodunu Mərdan icad edib.Son zamanlar 1- ci müavini Rəhmanın da də bu işə qoşub... Mərdan ən deyilənə görə 5 milyar varidatı var. Amma yenə də dilənməyə davam edir.Rayonda 2-3 nəfər onun bütün əməllərini izləyir..Sonda onun rüşvətin Səmədin əlində tutduracaqlar.Səmədin əmisi Zərdabda 1-ci katib olub.Ən qəddar və ən rüşvətxor olub.Avtoqəzada ölüb.Zərdablılar azı 10-15 dəfə .....

Eli 2021-04-26 17:17:54

Kişi de ona kimi veziri nece lazımdır yolmuşdu.Şah baxır görür ki bu kişi çox ağıllı adamdı çağıb onu özüne vexir teyin edir vezire de deyir :Vezir sen de get zurna çalmağının dalınca.İndi Allah bu başçının qapısını açsın ki çıxandan sonra getsin köhne senetinin dalınca

Eli 2021-04-26 17:06:41

Vezir kişni getiri xezineye kişi xurcunları doldurun düşlir yola. Arada vezir bundan soruşur harda yaşayırsan.İclas qurtaran kimi xain vezir minir atına gelir bir derede kişni haqlayır ve qlıncı çekib deyir öldureceyem seni ve görüm sen kimsen ve şah bu varidatı sene neye göre verib.Ağıllı kişi baxır ki vezir dayaz biridir deyir ki men şaha müellimlik edirem bu da menim illik haqqımdır.Vezir deyir ne müellimlik? Kişi deyir Şaha zurna çalmaq öyredirem her cüme günü.Vezir deyir öene de öyret kişi deyir her cüme acşamı gel öyredim.Belelikle kişi het cüme axşamı gedir derse.Şah bir gün soruşur ki vezir sen bu günleri hara gedirsen vezir deyir bes siz geden yere derse.Şah deyir ne ders vezir ehvalatı açıb şaha danışır

Eli 2021-04-26 16:55:04

Davamı .Kişi gelir saraya meclis başlayır.Şah bir bir eyanlardan rehberlik etdikleri yerde veziyyetle maraqlanır.Kişiye növbe çatanda deyir men seni birinci defedir görürem sen haranın böyüyüsen.Kişi cavab berir ki şah sağolsun men Size teklikde melumat vermek isteyirem icaze versez.Şah deyir buyur.Kişi Şahın qulağına deyir ki,şah sağolsun öen kasıb bir adsmam ailemi dolandıra bilmirem indi gelmişem senden imdad istemeye göyde Allah yerde Sen qetarı özün ver.Şah qayıdır ki çıx gözel kas burdakılar da sen ağılda olub senin kimi işleyerdiler ondd ölkede problem olmazdı.Veziri çağırıb deyir apar bunu xezineye gör ne qeder isteyir qızıl hümüş götürsun sonra yola sal getdin

Eli 2021-04-26 16:36:12

Bu başçının işi bir ağıllı kişinin ehvalatına oxşayır.Deyir qedimlerde bir ağıllı kişi olub ,onun da böyük bir külfeti ki o yaxıq onları dolandırmaqa çıx eziyyet çekirmiş .Acırı bir gün canından bezir deyir gedeceyem şahın hüzuruna ne ola ola.Şah ayda bir defe şeher böyüklerini yığıb ölkedeki veziyyetle maraqlanır ve. tedirler görür.Kişi de hemin vaxt gelir şehere girir bir tacirin dukanına deyir:qardaş mene bir günlük bir eyan paltarı borc ver Şahın hüzuruna gedirem .Sene kişi kimi söz verirem ki asyıdıb sene artıqlaması ile haqqını qaytaracağam

Eli 2021-04-26 15:18:47

Toylards zurna çalan Şemkir kimi rayona başçı olanda sonu türme olmalı idi.Qardaş olmaz ki here öz seneti ile meşğul olsun yeni bildiyi işle meşğul olsun .Bele olanda bu hadiseler baş vermez.

Arif 2021-04-26 14:33:36

Bunlarin hamisi eynidir

Habil 2021-04-26 14:18:28

Hemin huquq mudafiecilerini Sekiye de gelmesini gozleyirik. 14 il Sekini cinayetkar destesi ile talayan bascinin mulkleri ondan ve qohumlarindan alinib xalqa verilmelidir. Bakida onu neyinse muqabilinde mudafie edenler varsa vezifeden cixarilmalidir.

esger 2021-04-26 12:55:00

Ümumiyətlə dövlət büdcəsini dagıdan , rüşvət alan məmur - biznesmenlərdən qanunsuz yolla gözəl məkanlarda tikillən villalarhamısı dövlət müsadirə edib şəhid ailəllərin , yetim qalan uşaqları üçün sanatoriy, baqçalar yaradılsın,sosial adalət bərpa olusun.Biri vətən uğrunda şəhid olur, o biri isə onun ailənin və evladlarının çörəyini yeyir

esger 2021-04-26 12:48:14

Zaman göstərir ki,yerli icra hakimiyyətlərin işinə nəzarət yoxdur. Onlar özlərini sanki xırda padşaxlar aparırlar və rayon, şəhə yeri öz şəxsi mülkiyyətinə çevirib qanunsuz tikillər, budkalar, eybəcər dizayn olan uşaq meydançaları qısası at oynadırlar.Birinci bunlar 5-ildən çox işləməməlidir.Onlar Milli Məclisdə hesabat verməlidirlər və hər il deklarasiya doldurmalıdırlar.Onda hər şey bəlli olacaq birinci iş gündən

M.Əsgərov 2021-04-26 12:12:01

Buda çox artistlik eliyirdi ......

Son yazılar