Menu

Mirələmovla görüntüləri yayılan qadın da YAP-dan çıxarıldı

26.04.2021, 12:21
Mirələmovla görüntüləri yayılan qadın da YAP-dan çıxarıldı

23 apreldə YAP İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP), eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, YAP Xətai rayon təşkilatının sabiq sədri H. Mirələmovun qeyri-əxlaqi hərəkət etdiyi xanım işçisi də Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin əks olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi deyilir.

Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib və pedaqoji fəaliyyətinə xitam verilib.

Şərhlər

Roma 2021-04-26 14:24:45

İşə bax e, "gül kimi qadını " Quseynçik yoldan çıxarmaq istəyib...

Özgür 2021-04-26 13:07:57

Hüseynbala Mirələmov cəzalanmalı idi. Qadının isə heç bir günahı yoxdur, Hüseynbalanın şorgözlüyünə görə bəyəm qadın günahkardır? Ədalət nə cəmiyyətdə var nə də məhkəmələrdə!

esger 2021-04-26 13:00:02

miralamovlar kimi o qədər azğınlaşıb ki,əxlaqsız qanunsuz əməllərini gizlətmirlər Ona görə rüşvət almasına korupsiya aid yeni

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol