Menu

FETO-ya yaxın 400-dən artıq hərbçinin həsbi istənilir

26.04.2021, 14:28
FETO-ya yaxın 400-dən artıq hərbçinin həsbi istənilir

Türkiyədə 532 şübhəlinin saxlanmasına order çıxarılıb, onlardan 459- xidmətdə olan hərbçidir. Həbslər ABŞ-da yaşayan FETO terror təşkilatının rəhbəri Fətulla Gülənə yaxın adamlara qarşı əməliyyat çərçivəsində aparılıb.

Anadolu dövlət xəbər agentliyi ölkənin 62 vilayətində təhqiqat aparıldığını xəbər verir. İstanbulda 258 şübhəlinin həbsinə order verilib. Onların dördü polkovnik, biri polkovnik leytenant, doqquzu mayor, 24-ü kapitandır.

Qərbi İzmir şəhərində isəəksəriyyəti xidmət keçən hərbçi olmaqla 274 nəfərin həbsi istənilir.

2016-cı ildə Fəttulhaçı Terror Təşkilatı tərəfindən hərbi çevriliş cəhdindən sonra 80 minədək şəxs saxlanıb, 150 min dövlət qulluqçusu, hərbçi və başqaları işdən çıxarılıb. Türkiyə ordusundan FETO ilə əlaqəli 20 mindən çox qulluqçunun kənarlaşdırıldığı bildirilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol