"Bizim münasibətlərimiz təkcə sözdə deyil, əməli işdə də strateji münasibətlərdir. Biz bir-birimizi anlayırıq. Mənim fikrimcə, bu münasibətlərin əsasını xalqlarımız arasında əlaqə təşkil edir".
"Report"un xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
O bildirib ki, İsrail-Azərbaycan münasibətləri tarixən səmimi anlaşmaya əsaslanır: "Azərbaycan ilə sabit yaxşı münasibətlər bütün dünyada yəhudi xalqının mənafeyinə uyğundur, lakin bəzi ölkələr bizim tərəfdaşlığımıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır".


Şərhlər
Vətən müharibəsində İsrailin Azərbaycana göstərdiyi dostluq və qardaşlıq dəstəyini heç zaman unutmayacağıq. Yaşasın Azərbaycan İsrail dostluq və qardaşlığı.