Çinin Xarici İşlər naziri Van İ Amerika beynəlxalq münasbətlər Şurasının nümayəndələri ilə keçirilən videokonfransın gedişində bəyan edib ki, iki ölkə arasında əməkdaşlığın normallaşdırılması xatirinə Vaşinqton «ÇXR-nın dinc yüksəlişinə» yönəlik mövqeyini korrektə etməlidir.
Bu barədə aprelin 24-də Çin Xaric İşlər Nazirliyinin (XİN) saytıda yerləşdirilmiş xəbərdə deyilir.
«Çin-Amerika münasibətləri yenidən yol ayrıcındadır. İndiki halda açar məqam ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Çinin dünyəvi yüksəlişi ilə barışacaqmı. Bu yüksəliş Birləşmiş Ştatlardan sosial sistemi ilə fərqlənir, başqa mədəniyyətə və tarixə malikdir, həm də digər inkişaf mərhələsindədir. Pekin və Vaşinqton arasında gələcək qarşılıqlı fəaliyyət ondan asılıdır ki, Amerika tərəfi çin xalqının daha rifahlı həyat üçün inkişaf hüququnu etiraf edə biləcəkmi?» - nazirlik Van İnin sözlərindən sitat gətirir.
Nazirin qeyd etdiyi kimi, Pekin dialoqun aktivləşdirilməsinə, əməkdaşlığın dərinləşdirilməsinə və Vaşinqtonla fikir ayrılığının aradan qaldırılmasına hazırdır.
«Biz, cəbhələşmədən qaçmaq istəyirik» - nazir fikirlərini yekunlaşdırıb.
Van İ həm də bəyan edib ki, demokratiyanın Amerika traktovkası və ABŞ mədəniyyəti təqlid üçün etalon deyil, nədən ki, qlobal məsələləri tolerant əsaslarla, ölkələr və onların milli maraqları nəzərə alınmaqla həll etmək lazımdır.
«Son vaxtlar Çin və ABŞ çəkişmələrinə həsr olunmuş polemika aparılır. Bu ziddiyyətlərə elə yarlıq yapışdırılır ki, onlar demokratiya və avtoritarizmin qarşıdurması kimi təqdim edilir. Ancaq demokratiya koka-kola deyil. Başqa ölkələrin işlərinə demokratiya və insan haqlarının müdafiəsi şüarı altında qarışmaq yalnız fəlakət və başıpozuqluğa gətirə bilər» - Van İ qeyd edib.
AzPolitika.info


Şərhlər