Menu

Ağstafada nişan keçirmək istəyənlər saxlanıldı

26.04.2021, 23:55
Ağstafada nişan keçirmək istəyənlər saxlanıldı

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq nişan mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Şərhlər

Cammat 2021-04-29 09:53:26

5-10 lap yaxınlarla qaydaları gözləmək şərtilə yola vermək olar.

t.ədalət 2021-04-27 14:34:02

Ölkədə açıq-saçıq əhalinin artımını əngəlləyən addımlar atılır.Necə olur,Bakıda sərnişinləri balıq kimi üst-üstə "duzlayırlar",amma məclislərdə bir-birindən aralı əyləşənləri dərhal cəzalandırırlar.Millətin artımını əngəlləmək elə ermənilər qədər təhlükəlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol