Menu

DANX bu il büdcəyə ödədiyi vəsaitin həcmini açıqlayıb

27.04.2021, 11:54
DANX bu il büdcəyə ödədiyi vəsaitin həcmini açıqlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2021-ci ilin I rübü ərzində beynəlxalq avtomobil daşımaları həyata keçirən yerli daşıyıcılara 25 517 ədəd “İcazə” blankı verib.

“Report” xəbər verir ki, bu barədə DANX-ın 2021-ci ilin I rübü üzrə görülən işlər barədə rüblük hesabatında qeyd edilib.

Məlumata görə, verilmiş “İcazə” blankının nəticəsində dövlət büdcəsinə 1 mln 166 min 982 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtodaşıyıcılara 97 031 ədəd “İcazə” blanklarının verilməsi nəticəsində dövlət büdcəsinə 3 mln 532 min 866 manat dövlət rüsumu ödənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol