Menu

“Rusiya diplomatlarını ölkədən çıxardın” - Estoniya prezidentindən çağırış

28.04.2021, 00:14
“Rusiya diplomatlarını ölkədən çıxardın” - Estoniya prezidentindən çağırış

Estoniya prezidenti Kersti Kalyulayd ümidvar olduğunu bildirib ki, Qərbi Avropa dövlətləri Baltikyanı ölkələrin ardınca Rusiya diplomatlarını ölkədən çıxaracaqlar - «Çexiya ilə həmrəylik nümunəsi olaraq».

Televiziya ilə çıxışı zamanı Kalyulayd qeyd edib ki, Estoniya, Latviya və Litva dəfələrlə cəza tədbirlərinin tətbiqi üzrə lider olublar («RuBaltic.ru.»).

Prezidentin fikrincə, hazırda Qərbi Avropa ölkələri Baltikyanı respublikaların nümunəsi üzrə hərəkət edə və Çexiya Respublikası ilə həmrəylik göstərə bilərlər. O, qeyd edib ki, Rusyanın ayrı-ayrı Avropa ölkələrinə və NATO-ya hücumları heç də nadir hadisə deyil.

«Bizim hamımız oxşar vəziyyətdəyik - ya kiberinsident və ya kimyəvi insidentlə üz-üzəyik. İndi isə çexlərin öz insidentləri baş verib. Burada biz, Rusiyanın bizləri bir-birimizlə toqquşdurmaq, ayrı salmaq, göstərmək ki, biz, bundan artığını bacarmırıq cəhdlərini görürük» - Kalyulayd bəyan edib.

Xatırladırıq ki, ötən həftə Latviya, Estoniya və Litva Rusiyalı diplomatların ölkədən çıxarıb.

AzPolitika.info

Şərhlər

Veteran 2021-04-28 11:25:43

Tamamilə doğrudur.

Veteran 2021-04-28 09:50:04

Tamamilə doğrudur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol