Menu

TƏBİB Arif Quliyevin xəstəxanadan görüntüsünü yayan əməkdaşı cəzalandırıb

27.04.2021, 23:29
TƏBİB Arif Quliyevin xəstəxanadan görüntüsünü yayan əməkdaşı cəzalandırıb

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) Sosial şəbəkələrdə və KİV-lərdə "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin xəstəxanadan yayılmış görüntülərinə münasibət bildirib.

TƏBİB-dən APA-ya verilən məlumata görə, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır.

“Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”, - TƏBİB-in açıqlamasında belə deyilir.

Şərhlər

Veteran 2021-04-27 23:33:40

ALLAH SƏNƏ kömək olsun.Ay yazıq, yetim qardaşım.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol