Menu

Əfqanıstanda partlayış zamanı bir neçə hərbçi həlak olub, xəsarət alanlar var

28.04.2021, 01:31
Əfqanıstanda partlayış zamanı bir neçə hərbçi həlak olub, xəsarət alanlar var

Əfqanıstanda baş vermiş partlayışda bir neçə hərbçi həlak olub. “Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, hadisə Herat əyalətində baş verib. Şindand rayonunda partlayıcı qurğunun işə salınması nəticəsində beş hərbçi ölüb, daha 4 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı açıqlanmır.

Şindand silahlı toqquşmaların baş verdiyi ərazilərdəndir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol