Menu

Zelenski Putinlə Vatikanda görüşmək istəyir

28.04.2021, 21:50
Zelenski Putinlə Vatikanda görüşmək istəyir

Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün ən ideal yer Vatikandır. “Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İtaliyada çıxan “La Republika” qəzetinə müsahibəsində deyib.

O, rusiyalı həmkarı ilə görüşün gerçəkləşəcəyini və bunun Donbasdakı savaşın bitməsi üçün lazım olduğunu söyləyib.

Görüş yerinin Vatikan olub-olmayacağı ilə bağlı sualı cavablandıran Zelenski deyib ki, ora sülh görüşü üçün ən ideal yerdir.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna lideri istənilən yerdə V.Putinlə görüşə hazır olduğunu bildirmişdi.

Şərhlər

Bəhram Əşrəfi 2021-04-29 00:15:28

Bот это ДА, великолепно задуманный ответ В.Зеленского! Гениальное напоминающее согласие!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol