Menu

UEFA sosial şəbəkələri 3 günlük boykot edir - SƏBƏB

29.04.2021, 20:55
UEFA sosial şəbəkələri 3 günlük boykot edir - SƏBƏB

UEFA sosial şəbəkələrin boykotuna qoşulub.

"Apasport.az" xəbər verir ki, aprelin 30-dan mayın 3-dək qurumun sosial şəbəkə səhifələrində paylaşım edilməyəcək.

Bununla da UEFA irqçilik və ayrı-seçkiliyə etiraz əlaməti olaraq analoji addım atan İngiltərə klublarına dəstək nümayiş etdirib.

Qeyd edək ki, klublar feysbuk, tvitter və instaqramın irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə aparmamasından narazılığını bu yolla göstərməyə qərar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol