AZƏRBAYCANIN RƏSMİ MİLYONÇULARI AÇIQLANDI - İlk yerlərdə qadınlardır + SİYAHI

Index.az iqtisadayyat, maliyyə və biznes portalı Azərbaycanın rəsmi milyonçularının siyahısını tərtib edib. Söhbət bankların və sığorta şirkətlərinin səhmdarlarından gedir. Qeyd edək ki, yalnız bank və sığorta sektorunda hesabatlılığın əlçatan olması araşdırmaya təsirsiz ötüşməyib.

İndex.az hesablama zamanı yalnız saytlarda yerləşdirilən hesabatlara istinad edib. Əsas meyar kimi həmin şəxslərin səhmdar (nizamnamə) kapitalındakı payı götürülüb. Üstəlik, əlavə olaraq oxucular üçün səhmdarların 2020-ci ildə əldə etdiyi dividendlərin həcmi də təqdim edilib. Lakin istənilən şəxs bankın/sığorta şirkətinin hesabatına daxil olaraq onların ötən illər ərzində əldə etdiyi qazanca nəzər sala bilər.

Araşdırmalar göstərir ki, "Premium Bank"ın sahibi Zərifə Həmzəyeva ölkənin ən zəngin səhmdarıdır. O, adıçəkilən bankın səhmdar kapitalına 130.6 milyon manat yatırıb. Ötən il isə "Premium Bank" ona əlavə olaraq 3.3 milyon manat qazandırıb.

Bu şəxsi tanımayanlar üçün qeyd edək ki, Zərifə Həmzəyeva "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır. O həm də "Gazelli" şikrətlər qrupunun təsisçisidir.

Onun rəsmi kapitalının ümumi dəyərinin 133, 9  milyon manat olduğu qeyd edilib.

"AzPolitika.info" nun məlumatına görə, eyni miqdarda kapitala malik iknci  şəxs isə "Bank  BTB"nin rəsmi sahibi Nigar Mehdiyevadır. “Bank BTB” ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur.

Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Onun qardaşı Rza Sadiq də deyildiyi kimi bank səhmlərinin 19 faizinə sahibdir.

İndex.az-ın məlumatına görə, onun bankdakı səhmlərinin dəyəri 130.6 milyon manat, rəsmi kapitalının ümumi dəyərinin 133, 9 milyon manatdır.

Onu da qeyd edək ki, Mehdiyeva Nigar İsmayıl qızı 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspirant olaraq təhsilini davam etdirib, 2002-2004 cü illərdə isə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində Tibb elmləri namizədi adını alıb. 2006-ci ildə Onkoloji kafedranın asissenti, 2010-cu ildən isə dosent adını alıb. Moskvada N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində doktorluq dissettasiyasını müdafiəsi üzrə işini tamamlayaraq tibb elmləri doktoru adını alıb. Süd Vəzi Onkologiyası üzrə aparıcı mütəxəssis olaraq, hazırda II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri, həkim onkoloq kimi fəaliyyət göstərir.

Vaxtilə Hikmət İsmayılov "Bank of Baku" və "AFB Bank"ın səhmlərini alanda mətbuat bu şəxsə bu cür iltifat etmişdi: "Ölkənin ilk milyonçusu...".

Təbii ki, İsmayılov ilk milyonçu deyildi. Bu şəxs haqqında məlumat tapmaq çətindir. Məlumata görə o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Yeri gəlmişkən, Hikmət İsmayılov "AFB Bank" və "Bank of Baku"ya toplamda 86.4 milyon manat yatırıb. Təkcə 2020-ci ildə iş adamı iki bankdan 15 milyon manat qazanıb.

Ölkənin tanınmış bankirlərindən olan Eldar Qəribovun, necə deyərlər, bir əli "Unibank"ın üstündədir. İndiyədək investor banka dəfələrlə yatırım edib və son məlumata əsasən, bankın səhmdar kapitalında 108.6 milyon manatı var. O, səhdmar qismində ötən il 9.5 milyon manat qazanc əldə edib. Qəribov həm də bankın Müşahidə Şurasının sədridir.

"AzPolitika.info"

635x100

Şərhlər

Afa 2021-05-04 23:49:27

Nəzarət etməli olanların xəbəri var o villalardan,xaricdəki imarətlərdən,oğurladıqları pullardan.Sadəcə göz yumurlar.Millət isə quyunun dibinə gedir

Nazim 2021-05-04 23:09:35

Silk Way şirkətini araşdırsanız milyonerlərin sayı artar.

Kərim 2021-05-03 12:12:44

Nə axayın görünürlər? Maşallah idarəçiliyə!

Oxucu 2021-05-02 21:49:06

Bu siyahıda nə üçün Şəkinin İHB-nın müavini Zəırinə Cavadovanın və Ərazi idarə etmə şöbəsinin müdiri Rəfail Mənəfovun adı yoxdur ???

Mosi 2021-05-02 21:24:01

Dövlətin büdcəsinin yerini doldurmaq üçün Şəki İHB-nı və onun müavinlərini bir az yüncülvari tərpətsələr büdcə dolar...

Ramil 2021-05-02 19:24:58

Azalın Əsgərov tərəfindən mənimdəmələrinə,Gürcüstanda və digər yerlərdəki biznrsinə,mehdiyevin rüşvət prosesslərinə hakimiyyət diqqət etməyəndə onların ailə üzvləri milyoner olar.

Faiq 2021-05-02 11:36:40

Zemine Azalin pullarinin transferi, digeri Mehdiyevin yigdigi rusvetler.Kim bunllara ne deyecek.Millet tarac olub,bunlar.ise oz keyfindedir.Cunki hakimiyyet onllardadir.

Rafiq 2021-05-02 10:10:01

Maysi Azalin

Moshu 2021-05-01 22:51:31

Mən bu Vətəni, bayrağı, Azərbaycan vətəndaşını ürəyim qədər sevirəm. Hər bir həmvətənim layiqli həyat şəraitinə malik olmalıdır. Lakin həyatda görürsən ki, vücudu bir qara qəpiyə layiq olmayanın birisi dövlətin bütün var dövlətini qamarlayıb özünü hamıdan ağıllı (altda qalanın canı çıxsın), oliqarx hesab edir. Nə qədər ki, bu məmləkətdə Qanunun aliliyi təmin edilməyib, belə də davam edəcək. Çox maraqlıdır, bu ölkə 44 günlük müharibədə qatı düşmənin onurğa sütununu qırdı, lakin daxildəki düşmənlərlə açığı deyək, bacarmır. Birisi hansısa xəstəxanaya (deyilənə görə Fövqəladə Hallar Nazirliyinin tabeliyindədir) bacısı oğlunu təyin elətdirir, bacı oğlunu rüşvətə görə məsuliyyətə cəlb edirlər. Bu birisi oraya deyəsən qudasını təyin elətdirir. Fövqəl nazirimiz də deyir ki, bizdə haradan belə pullarf var ki, modul tipli xəstəxana saxlayaq. Süpürgəçisindən nazirinə qədər hamı Prezidenti aldadır. Unikal dövlətik. İcra başçısını ona görəmi təyin edirlər ki, sonradan qadasını aldıqlarımız qara maskalı oğlanlar tutub hoppalara aparırlar. Bunları təyin etməyə nə ehtiyac, sərəncam verilsin, verilən kimi də hoppalara ezam edilsinlər. Yaxud bir icra başçısının əlindən əhali qan ağlayır. Bu camaatın canını bu icra başçısından qurtarıb başqa rayonun əhalisini dərdə salırlar. Yaxşı, deyirdik ki, bunun hamısını serıy kardinal edir. Hazırda bu işləri kim görür? Bu kimin də kimliyini niyə araşdırmırlar? Bir icra başçısı Bakının iri rayonlardan birinin evini yıxır, onu götürüb daha yüksək vəzifəyə Administrasiyaya dartıqlar ki, toxunulmazlıq qazansın. Bu krısa kimdir? Krısanı pis qəbul etməyin. O da Allahın bir bəndəsidir. Bu kimsədən soruşmaq lazımdır ki, Ay kim, sən nə qədər məvacib alırsan ki, Bakının Vorovski qəsəbəsində (vorovskoy başa düşülməsin, bu vorovskoy “Vorovski “ inqilabçı olub) əndazəyə sığmayan qəsr tikdirirsən. Prezidentin yanında da elə davranırsan ki, elə bil səndən kristalı, təmizi yoxdur. Bunlar da hoppalara aparılmalıdırlar. Qayıdaq “oliqarxlarımıza”. Bu bambılılardan, (əslində mədəni çıxsın deyə bambılılikdirlər) sorulmalıdır ki, bu cahi cəlal hardandır, bəlkə gorbagor babandan miras qalıb? Heç kimi təhqir etmək fikrim də olmayıb. Belələrinin babalarına salamlar göndərilməlidir ki, belə zay məhsullar istehsal edib salıb bu millətin canına. İsmayıllı rayonunun Bədo deyilən bulağı var. İnsanlarımız bu bulaqdan su götürməyə gedəndə istər-istəməz Conikin villası (gözümə uçaq meydançası da dəydi) adamın gözünə girir. İsmayıllı rayonunun icra başçısından xahiş edərdik ya bu bulağın yerini dəyişdirsin, ya da tamamilə onu oradan yox eləsin (Conik də yardımçı ila bilər), çünki camaatımız maşının sürətini azaldıb oraya daxil olanda bu mülk adamın gözünə girir. Sürətlə sürüb getsə Conik də yada düşməz. İcra başçıları institutunun çoxəsrlik tarixi var. Bir neçə əsr bundan öncə hansı icra başçısını hansı xanlığa təyin edirdilərsə, həmin ərazi onun votçinası idi. İstədiyini edə, kimisə cəzalandırmaq istəsə idi cəzalandıra, istəsə idi hətta birinci toy gücəsi gəlinin yanına o gedə bilərdi. Buna da etiraz etməyə heç kimin cürəti çatmazdı. Niyə də icra başçısı olmağa istək olmasın? Nə isə, o qədər uzunçuluğa getdim ki, fikrimi nə ilə yekunlaşdıracağım yadımdan çıxdı. Hə, deyəsən yadıma düşdü. Bu ölkənin bir İCRA BAŞÇISI var, o da Prezidentdir. Xalqı bu yırtıciklərdən qurtarmağı rica edirəm. Bu 44 günlük müharibədə dövlətin büdcəsi xeyli arıqladı, onu əvvəlki vəziyyətinə qaytarmaqdan ötrü görün nə qədər gizlində qalmış vəsait var.

Eli 2021-05-01 14:36:44

Eslinde mentiqle bizim maliyye sistemine biznes sahesine hekimlet laxımdır çünki bu sahelerin müaliceye ehtiyacı var.Özü de ele beld hekim yox doktor nauk rus diplomlu.Ancaq mataqludır nu xanım doktor bu qeder pulu nece ve hansı yollarla daha deqiq hansı biznesle meşğul olub be ilkin kspitsl elde edib bax bu mesele maraqludır.Kişilerin on illerle efe bilmefiyini bu xznımlar edib.Esgerovlarlsa heç onlara yaşıl işıqdır AZAL onların monopoliyasındadır buna bxş sındırmaqa lizum yoxdur

Garachanta 2021-05-01 12:39:28

Çox acinacaqlı haldır ki Elm, Texnika və Sənaye Sahəslərində MİLYONÇU yoxdur! Bunun səbəbi məlumdur - Millət olaraq Texnika və Texnologiya Yaratmaqdan Uzağıq. Cünki bunun üçün nə Təbliğat nə İdeologiya nə də İnvestiya Yoxdur!!

Moshu 2021-05-01 08:16:23

Mən bu Vətəni, bayrağı, Azərbaycan vətəndaşını ürəyim qədər sevirəm. Hər bir həmvətənim layiqli həyat şəraitinə malik olmalıdır. Lakin həyatda görürsən ki, vücudu bir qara qəpiyə layiq olmayanın birisi dövlətin bütün var dövlətini qamarlayıb özünü hamıdan ağıllı (altda qalanın canı çıxsın), oliqarx hesab edir. Nə qədər ki, bu məmləkətdə Qanunun aliliyi təmin edilməyib, belə də davam edəcək. Çox maraqlıdır, bu ölkə 44 günlük müharibədə qatı düşmənin onurğa sütununu qırdı, lakin daxildəki düşmənlərlə açığı deyək, bacarmır. Birisi hansısa xəstəxanaya (deyilənə görə Fövqəladə Hallar Nazirliyinin tabeliyindədir) bacısı oğlunu təyin elətdirir, bacı oğlunu rüşvətə görə məsuliyyətə cəlb edirlər. Bu birisi oraya deyəsən qudasını təyin elətdirir. Fövqəl nazirimiz də deyir ki, bizdə haradan belə pullarf var ki, modul tipli xəstəxana saxlayaq..... Unikal dövlətik. İcra başçısını ona görəmi təyin edirlər ki, sonradan qadasını aldıqlarımız qara maskalı oğlanlar tutub hoppalara aparırlar. Bunları təyin etməyə nə ehtiyac, sərəncam verilsin, verilən kimi də hoppalara ezam edilsinlər. Yaxud bir icra başçısının əlindən əhali qan ağlayır. Bu camaatın canını bu icra başçısından qurtarıb başqa rayonun əhalisini dərdə salırlar. Yaxşı, deyirdik ki, bunun hamısını serıy kardinal edir. Hazırda bu işləri kim görür?... Krısanı pis qəbul etməyin. O da Allahın bir bəndəsidir. Bu kimsədən soruşmaq lazımdır ki, Ay kim, sən nə qədər məvacib alırsan ki, Bakının Vorovski qəsəbəsində (vorovskoy başa düşülməsin, bu vorovskoy “Vorovski “ inqilabçı olub) əndazəyə sığmayan qəsr tikdirirsən. Prezidentin yanında da elə davranırsan ki, elə bil səndən kristalı, təmizi yoxdur. Bunlar da hoppalara aparılmalıdırlar. Qayıdaq “oliqarxlarımıza”. Bu bambılılardan, (əslində mədəni çıxsın deyə bambılılikdirlər) sorulmalıdır ki, bu cahi cəlal hardandır, bəlkə gorbagor babandan miras qalıb? Heç kimi təhqir etmək fikrim də olmayıb. Belələrinin babalarına salamlar göndərilməlidir ki, belə zay məhsullar istehsal edib salıb bu millətin canına. İsmayıllı rayonunun Bədo deyilən bulağı var. İnsanlarımız bu bulaqdan su götürməyə gedəndə istər-istəməz Conikin villası (gözümə uçaq meydançası da dəydi) adamın gözünə girir. İsmayıllı rayonunun icra başçısından xahiş edərdik ya bu bulağın yerini dəyişdirsin, ya da tamamilə onu oradan yox eləsin (Conik də yardımçı ila bilər), çünki camaatımız maşının sürətini azaldıb oraya daxil olanda bu mülk adamın gözünə girir. Sürətlə sürüb getsə Conik də yada düşməz. İcra başçıları institutunun çoxəsrlik tarixi var. Bir neçə əsr bundan öncə hansı icra başçısını hansı xanlığa təyin edirdilərsə, həmin ərazi onun votçinası idi. İstədiyini edə, kimisə cəzalandırmaq istəsə idi cəzalandıra, istəsə idi hətta birinci toy gücəsi gəlinin yanına o gedə bilərdi. Buna da etiraz etməyə heç kimin cürəti çatmazdı. Niyə də icra başçısı olmağa istək olmasın? Nə isə, o qədər uzunçuluğa getdim ki, fikrimi nə ilə yekunlaşdıracağım yadımdan çıxdı. Hə, deyəsən yadıma düşdü....Prezidentdən xalqı bu yırtıciklərdən qurtarmağı rica edirəm. ...

Rövşən. 2021-05-01 04:36:46

Avtopilotdagedirik dəəə...

ELSAD 2021-05-01 00:23:02

"Azpolitika"deyerli arasdirma aparmis,her seyi aciq yazmis,kommentlerden de gorunur ki,hami her seyi cox gozel anlayir...ve hamisi bu qeder. Sonra...deyirman bildiyini edir,cax-cax bas agridir.

Elşen 2021-04-30 23:41:59

Eziz hemvetenliler mence bu mesele ciddi fakti.bularin servetinin menbeyi araşdirilmalidi.xalqin dövletinbu çeyin gününde müsadire olunun milli maraqlara vetendaşlarin rifahinin yaxşilaşdirilmasina ve dövlet ehtiyaclarina serf. olunmalidi.

Moshu 2021-04-30 23:21:32

Bu və buna oxşar yazılara rast gələndə Azərbayanın bir dövlət kimi varlığına inamım gəlmir. Kimin xiyarı kimin cibindədir. Heç kim, heç bir Allah bəndəsi soruşmur ki, ay "zəhmətkeş adamcıx" bu qədər var-dövləti haradan oğurlamısan? Nə qədər ki, bu suallara cavab tapılmayıb Azərbaycanın partdaq gələcəyi göz önündədir. Cinayətkar vətəndaş, cinayətkar məmur hamısı bir-birini tamamlayır. Açığı, dəli olmaq qorxusu var. Nə qədər vətənpərvərlikdən, yüksək materiyadan danışsaq da xəmirimizin oğurluqdan, yalançılıqdan, gopalogiyadan yoğrulduğunun şahidi olarıq. Qəhrəman deyil, yazıqların yazığıyıq. Bu sözləri ürək ağrısı ilə yazıram.sək

musa 2021-04-30 23:13:48

Çox maraqlıdır bunlar ilkin kapitalı hansı yolla qazanıblar.Məqalənin başlığı məntiqsiz verilib.Rəsmi milyonçular yox dövlətin milyonlarını talayıb arvad və qızlarının adına bank açan rəsmi soyğunçular .maraqlıdır onları Amerikaya lüt ğöndərsələr sıfırdan başlayıb milyonçu ola bilərlərmi.ininan daşa dönsün.

Camaat 2021-04-30 22:24:49

Bu milyonlar bizim 20-25ildə 33-35-38% aldığımız kreditlərdən olan haram pullardır.Çox gumanki bu saxtakar bankirlərin əllərindən bütün bunlar alınacaq

buzovnali 2021-04-30 21:56:02

Ağlamali durumdur. Bankirlər irəlidədir.Deməli bizdə əsil bazar iqtisadiyyətidir.?!

Аvam 2021-04-30 21:46:30

Biri qaynatanin podderjkasi ile Azalin menimsemelerinden,diger Mehdiyevin rusvet pullarindan.

Рагим 2021-04-30 21:41:59

Вот где раки зимуют.Денги Азала и взятки Мехтиева

Seyid Ənhu 2021-04-30 21:25:05

BUNLAR insanlıqdan imtina etmiş, sərvətə əsir olmuş adamlardır. Heç kim bunlara həsəd aparmasın. ALLAH onların sərvət və tamahını, insanlığın isə iman və ağlını artırsın. Qoy hərə öz yolu ilə getsin. Əsas məsələ finişdədir.

Eko 2021-04-30 21:07:47

Hamsi milletin puludu )Dedelerinnen qalmayib ki )))

safar nicat oglu 2021-04-30 19:49:34

cox pis dovletimiz selemci memurlarin elindedir.

esger 2021-04-30 19:24:39

Nəticə etibarılə burda öz gücü ilə kapital qazanan adam görmürəm. Ya onlar vəzifəli şəxslərin ailə üzvləri ya da yaxınları. Deməli Azerbaycanda milyon qazanması əməyin nəticəsi yox, vəzifədən və ya vəzifəli səxslə gohumluğdan asılıdır.Əbəs yerə planları qurmayın

omar 2021-04-30 18:31:19

27 yaşında elmlər namizədi,33 yaşında dosent hmmmmm.Sən qaynatanın hökmünə,hakimiyyətinə bax,nələr,nələr,nələr.

Eli 2021-04-30 18:05:11

Ne yaxşı ,ne gözel göresen bizim bu “vicdanlı ,düz ,dövlet maraqlarını şexsi maraqlarındzn üstün tutan” bu memurlarımız olmasaydı yeqin ki onların aile üzvleti olanlar Azerbaycanda biznese tekan vermeseydiler yeqin ki ölke iqtisadiyyayı çıxdan çökmüşdu ve bir çıx problerler öz hellini tapmamışdı .Yene sağ olsunlar xalqın derdini çekirler

Son yazılar