Ədliyyə Nazirliyində Ekspertiza Mərkəzində rəhbər vəzifədə işləyən Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. Hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub.
Turan Həsənzadənin hadisəni törədən zaman içkili olduğu məlum olub. T.Həsənzadə hadisə yerində avtomobil sahiblərinə deyib ki, maşınları düzəltdirəcək.
Lakin səhər saatlarında hadisə yerinə Elvin adlı bir şəxs gəlib və qəzanı özünün törətdiyini deyib. O bildirib ki, pulu olmadığı üçün maşınları düzəltdirməyəcək. Baş verən qəza ilə bağlı tərəflər arasında mübahisə davam edir...
Qeyd edək ki, Turan Həsənzadənin dayısı Pirallahı Rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.
Musavat.com xəbər verir ki, Turan Həsənzadə eyni zamanda "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun qızının əridir.




Şərhlər
t.ədalət-ə: Ədiş, fetoçunun nə keçmişi, nə indisi... Fetoçu əbədidir, yəni ölməz Kaşşey...
Bacisi oglu deil ogludu.
Qorxmaz Hüseynov keçmiş fetoçudur.Hələ də fetoçu dostları onu müdafiə edir.
Azerbaycanda qohumbazliq felaket heddedir.Vezifeler hakimiyyyet terefinden qohumlar arasinda bolusdurulub.Ons gore olke olke idareolunmaz haldadir.
Harinlamish ... Haraminiz olsun !
Nəqədər gec deyil vəzifəli şəxslərin fəallyyəti və qazancları yoxlanılmalıdır.
aye,haramzada qohum eqraba hakimiyyetidi,malades bunlarla analoqu olmayan inkiwaf etmiwik