Menu

Bakıda bağdan oğurluq edən ana, oğlu və qohumu məhkəmə qarşısına çıxarılır

01.05.2021, 15:06
Bakıda bağdan oğurluq edən ana, oğlu və qohumu məhkəmə qarşısına çıxarılır

Bakıda oğurluq etməkdə təqsirləndirilən Sitarə Bədəlova, onun oğlu Tehran Bədəlov, qohumu Sahibə Mustafayevə, Vüqar Abdullayev və Aqşin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi yekunlaşdırılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Anar Rzayevin icraatına verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Nardaran qəsəbəsində bağ sahəsindən 111 ədəd tikintidə istifadə olunan dəmir dirəklər oğurlayan dəstə üzvləri saxlanılıb.

Əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sitarə Bədəlova, onun oğlu Tehrab Bədəlov, qohumu Sahibə Mustafayevə, həmçinin Vüqar Abdullayev və Aqşin Əliyev tutulub. Dəstə üzvlərindən oğurladıqları dəmir dirəklər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 42-ci PB-də toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Şərhlər

esger 2021-05-01 16:10:04

Çox maraqlı informasiya. Xırda oğurlugun (100-500 azn)dəstəsi tez aşkarlanır, nəyinki iri miqyaslı oğurluq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol