Şuşada Molla Pənah Vaqifin erməni vandalizminə məruz qalmış muzey-məqbərə kompleksinin bərpası üçün görülən işlər davam edir.
Prosesdə iştirak edən şəxslərdən biri məqbərənin hazırkı durumunu əks etdirən foto göndərib.
Görüntüdən aydın olur ki, ermənilərin darmadağın etdiyi abidə möhtəşəm şəkildə yenilənir.
Təmirin iyul ayına qədər başa çatdırılacağı gözlənir. Prezident İlham Əliyevin göstərişinə əsasən, iyulda Vaqif poeziya günlərinin yenidən keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı Vaqif məqbərəsini ziyarət etmiş, abidənin əvvəlkindən də yaxşı vəziyyətdə olacağına söz vermişdi.
Musavat.com xatırladır ki, məqbərənin tikintisi 1982-ci ildə başa çatdırılıb və abidənin açılışında o zaman Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev iştirak edib.




Şərhlər
Vaqif Rusiyaya məhəbbətin simvolu olubdur.Nə əcəb,rus hərbiçiləri məqbərəyə ziyan vurublar?Bir də ki,deyirlər,rusların çörəyi dizinin üstündədir.Onlara bağlı adamları da sonda qorşokun ağzına qoyulan qapağa çevirirlər.
Bu məqbərə tikilməmiş sökülməlidir. Çünki bu məqbərədən çox supermarket girişinə, bank filialına bənzəyir.Bunun eskizlərini hansı zəlil verib görəsən? Əminliklə deyirəm. Buna çəkilən xərcin 10-ca faizini mənə versinlər mən orada Vaqifin ruhunu əks etdirən möhtəşəm bir abidə ucaldım.