"Yüksək rütbəli məmurların həbsi dövlət qurumları üzərində ictimai nəzarətin zəif olmasından xəbər verir. Təəssüf ki, vətəndaş cəmiyyəti institutları, mənim də ön sıralarında təmsil olunduğum müstəqil mətbuat rüşvətxor və korrupsioner məmurlara qarşı effektiv mübarizə apara bilmir. Əgər belə olmasaydı, biz hər gün hansısa əliəyri məmurun həbs edildiyinin şahidi olmazdıq".
Bu sözləri Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. Qeyd edib ki, ölkədə açıq cəmiyyət quruculuğunu sürətləndirməklə dövlət qurumları üzərində ictimai nəzarəti təmin etmək mümkündür.
Jurnalistin sözlərinə görə, rəsmi qurumların yanında ictimai şuraların yaradılması bu prosesə təkan verə bilər:
"Mən ictimai şuraların yaradılmasını təqdir edirəm. Amma bu proses şəffaf aparılmalıdır. Rəhbər şəxslər öz qohum-qardaşlarının, dost-tanışlarının ictimai şuralarda təmsil olunmasına can atmamalıdırlar. İctimai şuralarda sözünün kəsəri olan adamlar təmsil olunmalıdır. Bəzən biz bunun əksini müşahidə edirik. Azərbaycanda 5-6 adam var, hansı daşı qaldırırsan altından onlar çıxır. Bir adamın həm Mədəniyyət Nazirliyinin, həm də Səhiyyə Nazirliyinin yanında yaradılmış ictimai şurada təmsil olunması nə dərəcədə doğrudur? Bu eyni adamın həm koronavirusun insan orqanizminə vurduğu zərərdən, həm də muğamın mərtəbələrindən danışmağına bənzəyir. Belə hallara yol vermək olmaz".


Şərhlər
Bunlar hamısı bir kəndin,məlum regionun "adamları"dırlar.Əksəriyyəti də heç kiril əlifbası ilə də yazıb oxumağı bacarmırlar,Amma bütün vəzifələr qarmalayıblar. İndidə müftəxor ,narkaman gədələrini vəzifələrə qoyurlar.Allah heç xeyir verməsin. Amma hamısı üzdədirlər.
Çox aktual məsələni qaldırmısınız Seymur müəllim, Məqalədən sonar mən bir necə icra hakimiyyətlərin saytına girib “İçtimayi Şura” bölməsini açanan sonar dəhşətə gəldim. Bu Şuraların tərkibindən başqa, özüdə çoxların heç təvvəlüd, vəzifə ,məşguliyyat göstərilmir. Bunlarin hər hansı işlər haqqında məlumat, hesabatlar, görtüşlər onlara aid vəzifələrin icrası haqqinda hec bir informasiya yoxdur, heç əlaqə telefon, electron poçt yoxdur. Bu nədir şəffavlığı təmin etmək üçün təşkilat öz işini qapalı və məxfi şəraitdə görür.
Şəxsi fikrimi bildirəm, daha mükəmməl variantları professionallar təklif etməlidir. Əsas ideya nedən ibarətdir? Əgər dürüst adamlara içtimayi nəzrət qurumlara qapılar baglıdısa, sosil şəbəkədə, yaz KİV-lərin saytlarında “İçtimayi nəzarət “ rubrikanı açmaq. Həmin rubrukaya, ya bloqa hamı material video fakt, foto göndərsin, lazım gəldikdə bütün izləyiçilərin müsbət rəyi aldıqdan sonra, bir qrup tanınmış jurnalist, hüquqşunas, mütəxəssislər və sayrı təhlil, araşdırma aparıb müvafiq orqanlara müraciət yazsınlar. Ümumiyyətlə praktika göstərir ki, bütün nazirliklər, icra hakimiyyətlərn, hüqüq -mühafizə, orqanarın nəzdəndə yaradılan qurumların təsir mexanizmi yoxdur, onlar gec-tez dövlət qurumları tərəfindən idarə olunur. Indiki dövrdə bizə ancaq Prezident nəzdindəvə şəxsən ona tabe olan İçtimayı Şurasının yaradılması məqsədə uyğundur .
Seymur bəy, nə qədərki, haqsızlıq, ədalətsizlik ,rüşvətxorluq, tərbiyəsizlik istehsal edən məmurlar qalacaqsa , düzlük axtarmaq sadəlövhlükdur.
Seymur müəllim, hər zaman olduğu kimi bu ictimai şura məsələsinə də çox düzgün və obyektiv yanaşmısınız. Bəli, bu gün vətəndaş cəmiyyətində demə, 5-6 qht sədri var ki, hər yerdə onlar görünməlidirlər! Əcəba, onların hansı meyarlarına görə?! Əvvəllər deyirdik ki, Əli Həsənovun işinə yarayanlar, pul silənlədir bu şəxslər. Yəni ictimai şura seçkilərinin siyahiləri Əli müəllimin göstərişi ilə tərtib olunurdu. İndi ki, daha Əli Hə\sənov yoxdur. Yenə də hər yerdə həmin şəxslər təmsil olunurlar. Görəsən, indi siyahilər kimin göstərişi ilə tərtib olunur? Ən başlıcası da odur ki, həmin şəxslər öncədən utanmadan “biz artıq seçilmişik” deyirlər də. İctimai şuraların siyahilərinə baxılsa, ancaq siz dediyiniz kimi eyni 5-6 qht sədrinin adı görüləcək. Məgər digər qht sədrləri adam deyillər?!
Bunlar hamısı bir kəndin,məlum regionun "adamları"dırlar.Əksəriyyəti də heç kiril əlifbası ilə də yazıb oxumağı bacarmırlar,Amma bütün vəzifələr qarmalayıblar. İndidə müftəxor ,narkaman gədələrini vəzifələrə qoyurlar.Allah heç xeyir verməsin. Amma hamısı üzdədirlər.Az qalıb.Cəhənnəmə vasil ediləcəklər.
Harda aş Umud Rəhimoğlu orda baş,Bütün günü Sahl Babayevi müdafiə edir
Bunlar ictimai nezaret dedikde oz yaxin ve tanislatindan ozlerine yaxin olanlari toplayin formal ictimai nrzaret feyilen qurum yarada bilerlrr.Bele olmasaydi Prezident aparatina gonderilen muracietlete yerinde baxilar,geri gonderilmez ve ya itirilmezdi