Menu

Rusiyada bir gündə virusdan 342 nəfər ölüb

02.05.2021, 12:31
Rusiyada bir gündə virusdan 342 nəfər ölüb

Rusiyada son sutkada daha 8 697 nəfər COVID-19-a yoluxub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 823 255 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 342 nəfər artaraq 110 862-yə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 4 443 922 nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol