Menu

Daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub

02.05.2021, 15:03
Daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub

“Azəriqaz” İstehsalat Birliyinin şikayəti əsasında daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, 1989-cu il təvəllüdlü Qurbanov Hafiz Kazım oğlu cinayət məcəlləsinin 177-ci maddəsinin tələbləri əsasında cəzalandırılıb.

O, Nəsimi rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov bildirib ki, oğurluq etməklə Birliyə ziyan vurmuş həmin şəxs barəsində məhkəmənin 11 mart 2021-ci il tarixdə qəbul olunan hökmü artıq qanuni qüvvəsini alıb.

Onun sözlərinə görə bundan sonra da “Azəriqaz” İB-yə məxsus əmlak oğurlandığı təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Şərhlər

Xalx 2021-05-02 23:12:24

eldar mahmudovun əmisi oğlu olan köməkçisi 1 il 6 ay yatdı... Sayğac oğrusuna 2 il 6 ay veriblər... Belə biz hara gedirik?..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol