Menu

Azərbaycanda koronavirusa yoluxan nazir sağalıb

03.05.2021, 10:26
Azərbaycanda koronavirusa yoluxan nazir sağalıb

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.

Bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: “Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.

Şərhlər

Selim 2021-05-03 11:14:38

Bugun geyd ederik bu sevincli hadiseni

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol