Menu

Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb

03.05.2021, 16:27
Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 49 mlrd 117,5 mln ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87,1 %-i və yaxud 42 mlrd 761,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,9 %-i və yaxud 6 mlrd 356,2 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 816,2 milyon ABŞ dolları və yaxud 1,6% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 803 milyon ABŞ dolları və yaxud 1,8% az, AMB-nin valyuta ehtiyatlarında isə 13,2 milyon ABŞ dolları və yaxud 0,2 % azalma olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 374,2 milyon ABŞ dolları və yaxud 2,9 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 411,8 milyon ABŞ dolları və yaxud 3,4 % çox, AMB-nin valyuta ehtiyatları isə 37,6 milyon ABŞ dolları və yaxud 0,6 % azalma nümayiş etdirib.

ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)
01.04.202142 761,36 356,249 117,5
01.01.202143 564,36 369,449 933,7
01.10.202043 288,66 491,449 780,0
01.07.202043 223,36 436,349 659,6
01.04.202041 349,56 393,847 743,3

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol