Menu

Qırğızıstan və Tacikistan 112 kilometr sərhəd xəttini razılaşdıracaq

03.05.2021, 19:11
Qırğızıstan və Tacikistan 112 kilometr sərhəd xəttini razılaşdıracaq

Qırğızıstan və Tacikistan hökumətləri yaxın bir həftə ərzində 112 kilometrlik sərhəd xəttinin razılaşdırılması barədə danışıqlar aparacaq.

Trend-in məlumatına görə, bunu Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev deyib.

O bildirib ki, sərhədin razılaşdırılması prosesi mayın 9-dək başa çatmalıdır.

Müvafiq sənədi prezidentlər imzaladıqdan sonra sərhədin həmin hissəsində demarkasiya işləri aparılacaq.

Xatırladaq ki, aprelin 29-30-da Qırğızıstan-Tacikistan sərhədində silahlı münaqişə baş verib. İnsident nəticəsində hər iki tərəfdən 50-dən çox şəxs həlak olub, 260-dan çox şəxs yaralanıb.

İki ölkə arasında 450 kilometrə yaxın mübahisəli sərhəd xətti mövcuddur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol