Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 13 milyon manata yaxınlaşıb

Azərbaycanın aparıcı tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi (BSM) 2020-ci ili 6,724 milyon manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-ci illə müqayisədə 4,7% çoxdur.

Son nəticədə BSM-nin yığılmış zərəri 97% artaraq 12,959 milyon manata çatıb.

Ötən il BSM əvvəlki illə müqayisədə 58,2% çox – 15,495 milyon manat əməliyyat gəliri əldə edib. Qurumun əməliyyatlarının maya dəyəri isə illik müqayisədə 36,2% çox– 22,219 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə BSM-in aktivləri 56,33 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,5% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 70,9% artaraq 299 min manata çatıb, balans kapitalı isə 10,7% azalaraq 56.03 milyon manata düşüb.

635x100

Şərhlər

t.ədalət 2021-05-04 10:49:06

Sağlamlıq mərkəzi dövlət tərəfindən tikilmiş və təntənə ilə açılışı keçirilmişdi.Sonra,deyilənə görə,varlı bir erməni xaricdə yaşasyan kürdün adına bu xəstəxananı aldı.Dövlət pulu ilə tikilən bir xəstəxananın xarici vətəndaşa satılması qanunlara sığmayan bir hərəkət idi.İndi də xəstəxananın gəlir gətirmədiyini görüb narahatlıq keçirirlər..

Son yazılar