NATO son 25 ilin ən böyük hərbi təlimi üçün hazırlıqları tamamlayır.

"AzPolitika.info" xəbər verir ki, 26 ölkənin iştirakı ilə keçiriləcək “Defender Europe-21” təlimləri 27 may-2 iyun tarixlərində Balkanlarda baş tutacaq.

Təlimlərə qatılacaq NATO ölkələri təchizat və texnikasının əraziyə gətirilməsinə mart ayından başlayıb.

Təlimlərdə iştirak edəcək ABŞ qırıcıları artıq Yunanıstan-Türkiyə sərhədinə eniş ediblər.

ABŞ Dəniz Qüvvələrinin bir hərbi gəmisi təlimlərin 5 paylama mərkəzindən biri olan Albaniyanın Dirac limanına çatıb. Böyük Britaniyanın hərbi gəmisi də yaxın günlərdə limana çatacaq.

Türkiyənin də iştirak etdiyi hərbi təlimlərə 21 NATO ölkəsi ilə yanaşı 5 müstəqil ölkə də qatılır. Təlimlərdə 28 min əsgər iştirak edəcək və proses 12 ölkəni əhatə edəcək.

Gürcüstan, Ukrayna, Kosova, Moldova və Bosniya-Hersoqovina NATO üzvü olmasalar da, təlimlərdə iştirak edəcəklər.

Beynəlxalq analitiklər ABŞ liderliyindəki bu təlimləri Rusiyaya qarşı gövdə nümayişi kimi qiymətləndirirlər.

"AzPolitika"