Menu

Türkiyə və Qazaxıstan hərbi əməkdaşlıq üzrə plan imzalayıb

06.05.2021, 00:02
Türkiyə və Qazaxıstan hərbi əməkdaşlıq üzrə plan imzalayıb

Ankarada Qazaxıstan və Türkiyə arasında cari il üçün hərbi əməkdaşlıq planı imzalanıb.

Bu barədə mayın 4-də Qazaxıstan Müdafiə Nazirliyi (MN) xəbər verib.

«Sənəd bölgəsel təhlükəsizlik məsələləri, xüsusi təyinatlı bölmələrin hazırlığı, birgə təlimlərin keçirilməsi üzrə 17 tədbiri əhatə edir. Kəşfiyyat və pilotsuz zərbə vasitələrinin istifadə taktikası üzrə təcrübə mübadiləsi nəzərdə tutulub» - idarənin press-relizində deyilir.

Planın imzalanmasından əvvəl iki ölkənin müdafiə idarələri arasında qərargah danışıqları aparılıb. Hərbi təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət məsələlərinə baxılıb, 2022-2023-cü illər üçün hərbçilərin hazırlıq planı razılaşdırılıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol