Ağ Ev Rusiya ilə gərginliyə can atmır - "Nə sözdə, nə işdə..."

Birləşmiş Ştatlar Rusiyanın «qeyri-qanuni» fəaliyyəti səbəbilə narahatlıq ifadə etsə və əvvəlki kimi, Moskvanı məsuliyyətə dəvət etsə də, qaçılmaz olduğu hallarda Vaşinqton Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya Federasiyası (RF) arasında konstruktiv əməkdaşlığı görür və davam etdirir.

Bu barədə mayın 4-də Ağ Evin mətbuat katibi Cen Psaki bəyan edib. Xəbəri «Amerikanın səsi» yayıb.

ABŞ Dövlət katibi Entoni Blinkenin bu yaxınlardakı bəyanatını (deyib ki, ABŞ Rusiya ilə daha stabil və daha proqnoza gələn münasibətlər qurmaq istəyir - Red.) şərh etmək barədə xahişə cavab verərkən, Psaki qeyd edib ki, Amerikanın indiki administrasiyası əvvəlki kimi, «Moskvanın qanundankənar fəaliyyətindən narahatlıq keçirir və onu əvvəlki kimi, məsuliyyətə dəvət edir».

«Eyni zamanda biz, hesab edirik ki, elə sahələr var, biz, birgə işimizi davam etdirə bilərik. Məhz tarixi baxımdan təhlükəsizlik, bütün dünyada diplomatiya sahəsində münasibətlər belə formalaşır» - Psaki bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton Moskvaya aydın siqnal göndərir ki, ABŞ «nə ritorika nöqteyi-nəzərindən, nə də fəaliyyət baxımından gərginliyə can atmır».

«Əlbəttə, biz, əgər onların fəaliyyəti ilə bağlı ehtiyac olarsa, tədbir görmək hüququmuzu özümüzdə saxlayırıq. Və biz, istəyirik ki, konstruktiv işin mümkün olduğu sahələrdə, məsələn, İran üzrə danışıqlarda olduğu kimi, bizim aramızda stabil münasibətlər olsun» - Ağ Evin nümayəndəsi əlavə edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar