PREZİDENTİN YENİ TƏYİN ETDİYİ XİDMƏT RƏİSLƏRİ KİMLƏRDİR? - Dosye + FOTO

Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısıbıb digər sərəncamı ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Orxan Faiq oğlu Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.

2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Orxan Nəzərli 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. Ailəlidir, 3 övladı var.

Bu gün eyni zamanda Mətin Balasən oğlu Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, M.Eynullayev 1975-ci il martın 22-də Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiəsi Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

2013-2016-cı illərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb. Dövlət başçısının 2015-ci il 22 iyun tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Prezidentin 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

M.Eynullayev bu təyinatadək Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisinin səlahiyyətlərini icra edirdi.

O, dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir, 2 övladı var.

635x100

Şərhlər

Oxucu. 2021-05-07 00:04:52

Hündür mərtəbələrdən yığılan aylıq komunal pulları haçan vergiyə cəlb olunacaq,yaşadığım novostroykada komendat ayda sakinlərdən hər kv üçün o,40 man yığır buda bir ay üçün 15000 min manatdır,xərci isə cəmi 3500-4000 manat təşkil edir,elə saxta qəbzidə xərcə qədər yazırlar bəs 11000 min manatın vergisi necə olur və yaxud kirayəniş verilən evlərdən haçan vergi tutular,bir adamın Bakıda bəlkədə80-100 evi var.

Oxucu 2021-05-06 23:31:31

Hörmətli DVX rəis! Taksiçiliklə məşgul olan Kazım Fərəcovun adına “Gold Carlon” MMC-ni təsis etmiş və 12.02.2019-cu il tarixdən 16.07.2019-cu il tarixə kimi bu MMC vasitəsi ilə 400175 manatı nağdlaşdırmış şəxs kimdir?

Amon 2021-05-06 22:56:54

Gomrukde de islahat olsun sefer mehdiyev ve qohumlarini nehreme geri qaytarin cenab prezident.gomruk rusumlarini kelle carxa qaldirib budceni doldurmaq yaxsi islemek demek deyil

Şəki-Bazar ASC-nin səhmdarı 2021-05-06 22:51:04

Hörmətli Orxan və Mətin müəllim ! Sizin hər birinizi təbrik edirəm və yeni vəzifənizdə uğurlar arzulayıram. Bir səhmdar kimi , üzv olduğum Şəki-Bazar ASC-də yaranmış vergidən yayınma ilə əlaqədar sizə məlumat vermək və qarşısını almaq üçün sizlərə müraciət edirəm. Şəki-Bazar ASC-nin səhm paçetinin 81,5 % -i Beynalxalq Bankın sabiq müdiri Cahangir Hacıyevin bacanağı Hidayət-zadə İsmayıl Tunuçinoviçin adınadır. 2001-ci ildən Bazar özəlləşməsinə baxmayaraq İsmayıl Hidayət-zadənin üzünü belə görməmişik. 2012 - ci il tarixdən saxta protokol əsasında heç bir təhsili olmayan, dinlə məşğul olan mollanı Bazar kimi strateji bir obyektə direktor vəzifəsinə Eldəniz Hacıağayevi, Baş mühasib vəzifəsinə isə Çilingərliklə məşğul olan Eldəniz adlı şəxsi təyin etməklə səhmdarların hüquqlarını tapdalanmasına və dividentdən məhrum olunmasına gətirib çıxarıb. Ümumiyyətlə Bazar kimi strateji bir obyektdə təhsilli adam işə qəbul etməyiblər. Bu səbəbli Şəki-Bazar ASC-də ildə ən azı 600,0 - 700,0 min min manat vergidən yayınmasına baxmayaraq vergi əməkdaşları tərəfindən göz yumulur. Dəfələrlə rəsmi məlumat verilməsinə baxmayaraq qanunsuz cavab verməklə məşğuldurlar. Gündəlik toplanılan pulların demək olar ki, 20 % hesaba daxil olmur, bu səbəbli səhmdarlar dividentdən məhrum olunmuşlar. Əvvəllər qapı açıb bağlayan Eldəniz Hacıağayev milyonçu olub, kolleqsiya maşınları və Villa sahibi olub. Sizdən xahiş edirik Bazarda qanuni və ciddi qaydada kameral yoxlama aparılaraq Bazara aylıq ödəniləsi olan xidmət pullarının təyin olunması üçün sərəncam verməyinizi sizdən xahiş edirik. Qeyd etmək istəyirəm ki, gündəlik yığılan xidmət pullarına qəbz təqdim etmədən yığılır. Hər bir satış yerinə kiçik sahibkarlardan 1-manat almalarına baxmayaraq 30 qəpiklik qəbz verirlər. ... Odur ki, Bazarın müdiri Eldəniz Hacıağayevin qanunsuz əməllərinə son qoymağınızı sizdən xahiş edirik. Gündəlik toplanılan xidmət pullarına nəzarət olsa biz səhmdarlar bəlkə divident üzü görə bildik. Sizinlə əməkdaşlıq etməyə hazırıq.

Vətəndaş 2021-05-06 22:11:52

HARALIDIRLAR?

Son yazılar