Azad edilmiş ərazilərdə aşkarlanan mina və sursatlarla bağlı sərgi təşkil olunub - VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) minatəmizləmə fəaliyyətinin geniş miqyasda əks etdirilməsi məqsədilə sərgi təşkil olunub.

“Report” xəbər verir ki, tədbirdə zirehli geyim dəstləri, mina detektoru, müxtəlif təlim sursatları və mina növləri nümayiş edilib.

Sərgidə işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minalar, partlayıcı qurğular və müxtəlif tipli silah-sursatlar haqqında məlumat verilib.

Tədbirdə ANAMA-nın Təlim və Keyfiyyətə Təminat Şöbəsinin baş mütəxəssisi Musa Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək aparılan minatəmizləmə əməliyyatları zamanı ən çox tapılan PMN seriyasına aid piyada əleyhinə mina növüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar