Moskva veteranları faşist Njdenin Qarabağdakı heykəlini sökməyə çağırır

Moskva vilayəti Dolqoprudnensk şəhərinin Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının ictimai təşkilatı Rusiyanın federal hakimiyyət orqanlarına müraciət edərək faşist Qaregin Njdenin Qarabağdakı heykəlini sökməyə çağırıb.

APA-nın məlumatına görə, analoji müraciət Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinə də göndərilib.

Müraciətdə bildirilir ki, Moskva vilayəti veteranları arabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə faşistlərin əlaltısı Q. Njdenin heykəlinin qoyulmasından hiddətləndirib.

Qeyd olunur ki, 9 May - Qələbə günü keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bayramdır: “Təəssüf ki, postsovet məkanındakı bəzi ölkələrdə, o cümlədən Ermənistanda nasistlərin əlaltılarının qəhrəmanlaşdırılmasına cəhdlər edilir.

İkinci Dünya müharibəsi zamanı Q. Njde qızıl ordunun əsir düşmüş erməni əsgərlərindən ibarət “Erməni legionu” formalaşdırıb. Vermaxt sıralarında döyüşməyə başlayan bu legion Polşa və Ukraynada minlərlə dinc sakinə qarşı cinayətlər törədib, Qərbi Krımda 20 mindən çox dinc sakini qətlə yetirib”.

Veteranlar təşkilatı faşizm üzərində Qələbənin keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən hadisə kimi böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq bəyan edib ki, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidə belə bir heykəlin olması Avrasiya məkanında insanları birləşdirən azsaylı dəyərlərdən birini hörmətdən salır.

“Bu, həm də faşizmi qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı prinsipial mübariz kimi Rusiyanın nüfuzunu aşağı salır”, - deyə müraciətdə vurğulanır.

Qeyd edək ki, faşistlərin əlaltısı və silahdaşı olan Qaregin Njdenin Ermənistanın paytaxtı İrəvanda da heykəli qoyulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar