“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı məhkəmə iddiası qaldırıb.
“Yeniavaz.com” xəbər verir ki, məhkəmə baxışı bu gün – 07.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq.
Məhkəmə iddiasının müqavilə tələbi ilə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, məhkəmə iddiasında borclu olaraq göstərilən “Kaspi Global” MMC-nin direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.
Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Global” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.


Şərhlər
ayiya dayi deyen terevez,ha ha ha bu bizi analoqu olmayan inkiwafa zad eleyif
İstər ata istər bala, fərqi yoxdur, belələrinin Millətə, Xalqa, Dövlətçiliyə ancaq ziyanları var və beləsinin uzun illər əhəmiyyətli bir vəzifə tutmasına ancaq təəssüflənirəm...
İstər ata istər bala, fərqi yoxdur, belələrinin Millətə, Xalqa, Dövlətçiliyə ancaq ziyanları var və beləsinin uzun illər əhəmiyyətli bir vəzifə tutmasına ancaq təəssüflənirəm...