Menu

Zaqatalada əsgər özünü güllələyib

08.05.2021, 10:55
Zaqatalada əsgər özünü güllələyib

Zaqatalada hərbi hissədə intihar olub.

APA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, DSX rəisinin göstərişi ilə müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol