“Günay Bank” kollektivi Fəxri Xiyabanı ziyarət etdi

Bu gün “Günay Bank” ASC-nin rəhbərliyi və işçi kollektivi Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli Lideri - Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibətilə məzarını ziyarət etmişdir.

Ziyarətçilər Türk dünyasının Böyük Oğlu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, ona olan sevgi və rəğbətin tərənnümü olaraq məzarı önündə əkil qoymuşdur.

Heydər Əliyev müdrikliyi, onun zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, eyni zamanda yenilməz iradəsi sayəsində həyata keçirdiyi misilsiz fəaliyyət bank kollektivi daxilində də rəğbətlə anılmış, yüksək qiymətləndirilmişdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar