Qüdsdə İsrail zülmünə etiraz edən fələstinlilər həbs olunub

İsrail polisi Qüdsün şərqində yenə Fələstin xalqına zülm edir. Heç bir günahı olmayan daha 20 nəfər fələstinli həbs edilib.

“RİA Novosti” xəbər verir ki, İsrail polisinin sözçüsü Mixael Zingerman onların ixtişaşlarda iştirak edə biləcəyindən şübhələndiklərini bildirib.

Bundan əvvəl “Maan” xəbər verib ki, ötən gecə Qüdsdə İsrail zülmünə etiraz edən fələstinlilərin həbs edilməsinəə başlanıb.

Həmin vaxt polislə fələstinlilər arasındakı toqquşmalarda Qırmızı Aypara Cəmiyyətinə görə 205 nəfər xəsarət alıb.

Qeyd edək ki, Qüdsün şərq hissəsindən ərəb ailələrinin köçürülməsinə dair məhkəmə qərarından narazı qalan fələstinlilər bir həftədən artıqdır ki, etiraz aksiyaları keçirirlər. Fələstin hökumətinin başçısı Mahmud Abbas məsələni BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil etmək üçün müəyyən tapşırıqlar verib.

635x100

Şərhlər

Niyaməddin 2021-05-09 22:30:41

Qüdsdə yaşayan müsəlmanlar israilin zülmündən cana doyub. Allah bu zülmü edənlərə lənət eləsin!

Mahir 2021-05-08 21:04:26

Qüdsdəki zülmə biz də etiraz edirik

Son yazılar