Şəhid ailə üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib - FOTOLAR

Biləsuvar rayonundan olan şəhid övladları Hərbi Qənimətlər Parkını ziyarət ediblər. "Report"un Muğan bürosu xəbər verir ki, ziyarətçiləri rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov yola salıb.

Ekskursiya zamanı onlar Hərbi Qənimətlər Parkı ilə yanaşı, Şəhidlər xiyabanı və ulu öndər Heydər Əliyevin məzarını da ziyarət ediblər.

Qeyd edək ki, Biləsuvar rayonu Vətən müharibəsində 69 şəhid verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar