Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu may ayı üzrə pensiyaların ödənişini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vaxtından əvvəl başa çatdırıb.

Bu barədə "Report"a nazirlikdən bildirilib.
Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşıb.
Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar