Menu

İranda ötən sutka koronavirusdan 283 nəfər ölüb

08.05.2021, 22:35
İranda ötən sutka koronavirusdan 283 nəfər ölüb

İranda ötən sutka ərzində 283 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 74 524 nəfərə yüksəlib.

Ötən sutka ərzində 13 576 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 640 670 nəfərə çatıb. Virus daşıyıcılarından 5 545 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İndiyədək 2 092 381 nəfər koronavirusdan sağalıb, 16,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol