Menu

Milli Aviasiya Akademiyasının şöbə rəisi vəfat edib- FOTO

09.05.2021, 12:20
Milli Aviasiya Akademiyasının şöbə rəisi vəfat edib- FOTO

Milli Aviasiya Akademiyasının Elmi-texniki informasiya və yeni texnikanın tətbiqi şöbəsinin rəisi Arif Ramazanzadə vəfat edib. "Report" xəbər verir ki, o, 2000-ci ildən adıçəkilən şöbənin rəisi vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Arif Ramazanzadə 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun Fizika ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1965-ci ildə AMEA-nın Fizika institutunda başlayıb. 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

Qeyd edək ki, A.Ramazanzadə tanınmış alim Malik Ramazanzadənin oğludur. O, atasının yolu ilə gedərək fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, dosent olub.

Allah rəhmət eləsin!

Arif Ramazanzadə 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol