Menu

Rusiyada səhiyyə naziri itkin düşüb

09.05.2021, 21:03
Rusiyada səhiyyə naziri itkin düşüb

Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb. “Report” xəbər verir ki, bu barədə “Kommerçeskie vesti” məlumat yayıb.

Qeyd edilir ki, nazir mayın 7-də ova gedib. Polisin məlumatına görə, 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da çıxıb və geri qayıtmayıb. Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar.

Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olması səbəbindən ağırlaşıb.

Şərhlər

miri 2021-05-10 08:49:13

Navalninin zəhərlənmədən sonra ilk tibbi yardım aldığı xəstəxananın baş həkimi. "Bandit sifarişi"nə laqeyd olan adamın bandit gülləsinə tuş gəlməsi mümkündür.

Özgür 2021-05-09 23:19:41

bu navalnıya görə itkin düşüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol