Menu

100 YAŞLI VETERANIN ƏN BÖYÜK ARZUSU – “Şuşada əsgərlərlə xatirə şəkli çəkdirməkdir...” (FOTO)

10.05.2021, 10:31
100 YAŞLI VETERANIN ƏN BÖYÜK ARZUSU – “Şuşada əsgərlərlə xatirə şəkli çəkdirməkdir...” (FOTO)

Milli Məclisin üzvü, Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov mayın 9-da təmsil etdiyi Siyəzən və Şabran rayonlarında yaşayan Böyük Vətən Müharibəsi veteranlarını ziyarət edib.

Bu barədə millət vəkili özü məlumat verib.

“Bu gün 9 May Qələbə bayramını Siyəzən rayonunun Böyükhəmyə kəndinin sakini Məmmədov Əmrah dayının 100 illik yubileyini qeyd etməklə keçirdik. Əslində Əmrah dayının yaşı 20 yanvar tarixində olsa da, onun ən böyük arzusu 100 yaşını həyatında ən dəyərli gün olan faşizmi üzərində qələbənin qeyd edildiyi gün keçirmək idi. Tanrının böyük hədiyyəsi o oldu ki, Əmrah dayının bu yubiley yaşı iki qat qələbə ilə qeyd olundu. Erməni faşizmi üzərində qələbənin onun yubleyinə ən böyük hədiyyə olduğunu vurğulayan Əmrah dayının ən böyük arzusu Şuşada zəfər qazanmış əsgərlərlə bir yerdə olmaq və xatirə şəkli çəkdirməkdir”, - deputat xəbər verib.

“Bu gün 9 May Qələbə bayramı münasibəti ilə daha bir ağsaqqallımız, Şabran rayonu Ağalıq kəndinin sakini, Sosialist Əməyi Qəhrəmanı, H.Əliyev təqaüdçüsü Qərib Orucova baş çəkdik. Bir ayağını itirməyinə baxmayaraq, 86 yaşlı Qərib dayının ruh yüksəkliyi bizi valeh etdi. Özünün şərəfli həyat yolundan danışan ağsaqqalımız dövlətçiliyə, İ.Əliyevin siyasətinə xidmət etməyin ən doğru yol olduğunu vurğulayaraq, Qarabağın azad olunmasını İ.Əliyevin şah əsəri adlandırdı və onun siyasətinin əleyhinə çıxanlarla qətiyyətli mübarizə aparmağı bizə tövsiyə etdi.

H.Əliyev və İ.Əliyevlə görüşlərindən olan xatirə şəkillərini bizə qürur hissi ilə göstərdi”, - S.Qurbanov digər görüşü barədə bildirib.

"AzPolitika"

Şərhlər

t.ədalət 2021-05-10 20:17:19

"Böyük vətən müharibəsi" yox,rus-alman müharibəsi yazmaq lazımdır.Axı,Rusiya bizim vətən deyil.İşğalçı ölkədir və bizi müstəmləkəsi kimi idarə edirdi.Gəlin,zorla imperiyanı tərifləməyək.Bizi qətl edən,ərazilərimizdə təxribatlar törədən həmən Rus imperiyası deyilmi?Nə qədər biz yaltaq mövqe sərgiləyəcəyik?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol