Nikol Paşinyanı müşayiət edən avtomobil qəza törədib

Yerevanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanı müşayiət edən maşın karvanının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərin Vazgen Sarkisyan və Xorenasiya küçələrinin kəsişməsində “Mercedes” və “Nissan” avtomobilləri toqquşub.

Hadisə yerində hüquq-mühafizə orqanının əməkdaşları araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar