Vladimir Putin İlham Əliyevə telefonla zəng edib

Mayın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, telefon söhbəti zamanı dövlət başçıları Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir.

Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib.

Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

635x100

Şərhlər

........putin, cavab ver !!! 2021-05-10 16:51:28

.......putin , NIYE , cavab vermirsen Azerbaycan Xalqina , 9M723 " ISGENDER - M ", QADAQAN OLUNMUSH RAKETLERDEN , ZERBELER VURDUN Azerbaycanin ERAZILERINE ??????? ........putin , senin Azerbaycana qarshi toretdiyin HERBI CINAYETLER - in adi , " dostluq " sayilir ???????

Son yazılar