Norzalının oğlu əyləncə axtarır...

Mirzə AĞ

Bir neçə gün bundan əvvəl yerli KİV-in yaydığı məlumatda deyilirdi ki, bir «nəfər» təpəgöz marketdə qida məhsullarını yararsız hala salaraq, görünüləri sosial şəbəkələrdə paylaşıb. Təpəgözün adı da bildirilir - Rüstəm Orucov. Sən demə, bu nataraz məxluq general oğlu imiş - səfərbərlik dövlət xidmətinin keçmiş rəis müavini Novruzəli Orucovun züriyyəti.

Xəbərdə deyildiyi kimi, doğmaca təpəgözümüz sadəcə, əyləncə axtarırmış - «vaxtını səmərəli keçirmək məqsədilə» bu natarz varlıq dükanda ərzaq məhsullarını «əzib, toz-torpağa qarışdırmağa girişibmiş». Qısası, bu hərəkətinə görə, onu tutub polisə gətiriblər və… məlum olub ki, general oğlu köhnənin «masistıy prestupniki» imiş - bir neçə il əvvəl xuliqanlıq əməlinə görə, general oğlu sürücülük hüququndan məhrum edilsə də, dədəsinin haram pulları hesabına alınmış maşını idarə etməkdə davamlı olub. Üstəlik də, market əhvalatı zamanı general oğlunun yanında bir «köməkçisi» də olub!

İndi isə keçək Norzalı bəyin koryerasına - bu adam xidmət rəisinin müavini postunda olarkən, necə «əl-qap»a qurşanıbsa, qısa müddət ərzində əl-qap hesabına general məqamına yüksələ bilib. Buna qədər isə Norzalı müəllim məşhur «Poçt qutusu»na qarovul çəkərək, görünməmiş sayıqlıq nümayiş etdirib. Beləliklə, hörmətli general «vicdanlı xidməti» hesabına qısa müddət ərzində poçt qarovulçusu məqamından səfərbərlik xidməti rəisinin müavini (generl-mayor) postuna yüksəlib. Belədə, məntiqi sual yaranır: bunca «çevik» bir generalın oğlu nə əcəb belə zay işlərə qurşanıb?

Başqa bir xəbərdə isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və kənd təsərrüfatı təşkilatına istinadla bildirilir ki, hazırda planetin müxtəlif bölgələrində yaşayan 155 milyon insan müxtəlif səbəblərdən dolayı (koronavirus pandemiyası, iqlim dəyişikliyi, silahlı münaqişələr və s.), kəskin aclıq keçirir…

Belə bir məqamda Azərbaycanda general oğlu əyləncə xatirinə, milyonlarla insanın möhtac olduğu qida məhsullarını əzikləyib, zay edirmiş! Norzalının oğlunun bu naqisliyi barədə düşünərkən istər-istəməz, iki dahi Azəbaycan mütəfəkkirinin əsərlərini yada salmaya bilmədim. Məlumatlı oxucuların bildiyi kimi, rəhmətlik Əbdürrəhim bəy Haqverdiyev zamanında «Xortdanın cəhənnəm məktubları» kitabını, Məmməd Səid Ordubadi isə «Supalar çölü» felyetonunu yazıb. Sanki 100 il əvvəl general oğlunun naqis davranışını müşahidə edirmiş kimi, Ə.Haqverdiyev məlum kitabında «Marallarım» başlığı altında öz «nifrəti»ni sapa düzüb: «Ay mənim qəşəng marallarım, gözəl marallarım, hər-biri bir can marallarım… üzü tüpürcəkli, başı qapazlı marallarm…»

«Supalar çölü» isə bir başqa aləmdir. Mabədi belədir. Guya, Avropadan bir səyyah bölgəmizə səfər edib, vətəninə qayıdandan sonra, təəssüratını ətrafındakılarla bölüşüb. Səyyah danışıb ki, Qafqazda bir ölkə gördüm - ekzotik ölkə. Və sonra, başlayıb Azərbayanın coğrafi sərhədlərini sadalamağa - bir tərəfdən, bəhri-Xəzər, bir yandan Qafqaz sıra dağları… adı da «Supalar çölü»dür. Burada elə supalar yaşayırlar ki, yay vaxtı qulaqlarının kölgəsində 30-40 qeyri heyvan bənd ala bilər.

Bütün bunları düşündükcə, klassiklərimizin dühası qarşısında diz çökməyə bilmirsən - sanki Ordubadi əfəndi Norzalı oğlunun əməllərindən xəbərdar imiş.

Allah sizlərə rəhmət eləsin, böyük insanlar!

635x100

Şərhlər

Ziyalı 2021-05-10 23:34:06

Öldüm gülməkdən :))

Xalq 2021-05-10 22:32:22

yaxşı fikirlərdir.

.EJDER lox 2021-05-10 21:55:44

NOVRUZALI DEYIR KI,EYALIM QURBANDI,OQLUM ISE OZUM KIMI,,CURBAN,,DI

Son yazılar