“OPEC” kartel xaricindəki ölkələrdən neft tədarükü ilə bağlı proqnoz göstəricisini azaldıb

2021-ci ilin sonunda “OPEC”ə üzv olmayan ölkələrin neft tədarükünün sutkalıq həcmi 0,7 milyon barel artaraq 63,6 milyon barelə çatacaq.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu göstərici mart ilə müqayisədə sutkada 0,2 milyon barel azdır.

Proqnozun pisləşməsi əsasən bu ilin fevralında şaxtalar və qar fırtınaları səbəbilə ABŞ-da hasilatın 2,2 milyon barel azalması ilə əlaqədardır.

“OPEC” həmçinin, uzun müddətdir davam edən təmir mövsümü səbəbilə Norveç və Kanadadakı hasilatla bağlı proqnoz göstəricilərini azaldıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar